Şərq-Qərb Ədəbi Kontekstində Nəzirə Ənənəsi: Alfred De Müsse, Rəcaizadə Mahmud Əkrəm Və Azərbaycan Poeziyasi
The Tradition of Nazira in The East-West Literary Context: Alfred De Müsset, Rəcaizadə Mahmud Əkrəm, And Azerbaijani Poetry
DOI:
https://doi.org/10.32955/neujsml2026241326Keywords:
Müqayisəli ədəbiyyat, , Nəzirə ənənəsi, Alfred de Müsse, Recaizadə Mahmud Əkrəm, Füyuzat jurnalı, Azərbaycan poeziyası, "Yad et" cığırı.Abstract
Bu tədqiqatda Şərq və Qərb ədəbiyyatlarının kəsişmə nöqtəsində dayanan nəzirəçilik ənənəsi müqayisəli-tarixi və tipoloji metodla təhlil olunur. Tədqiqatın əsas məqsədi Alfred de Müssenin məşhur “Yad et” şeirinin Recaizadə Mahmud Əkrəm vasitəsilə Azərbaycan ədəbi mühitinə transferi mexanizmlərini və bu zəmində yaranan poetik cığırı işıqlandırmaqdır. Məqalədə M.Ə. Sabir, A. Səhhət, A. Şaiq, S. Mümtaz və M. Hadinin "Füyuzat" jurnalı ətrafında formalaşan "Yad et" adlı nəzirələri müqayisəli-tipoloji təhlilə cəlb olunur. Araşdırma nəticəsində məlum olur ki, fərqli mədəni və coğrafi areallara məxsus olan bu müəlliflərin "Yad et" konsepti çərçivəsində yaranan əsərləri təkcə fərdi yaradıcılıq nümunəsi deyil, həm də XX əsr Azərbaycan poeziyasının modernləşməsində Şərq-Qərb ədəbi dialoqunun mühüm tipoloji göstəricisidir.
Açar sözlər: Müqayisəli ədəbiyyat, Nəzirə ənənəsi, Alfred de Müsse, Recaizadə Mahmud Əkrəm, Füyuzat jurnalı, Azərbaycan poeziyası, "Yad et" cığırı.

